Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.

Unikal.org-un məlumatına görə, qeydiyyat bu gün saat 17:00-‘də yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

09:57

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən unikal.org-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar avqustun 28-i saat 17:00-‘dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.