Binalara elan vuranlar qanunla cəzalandırıla bilər.
Unikal.org-un məlumatına görə, paytaxt sakinləri bu elanlardan bezdiklərini ancaq qarşısını ala bilmədiklərini deyirlər.
Hara gəldi yapışdırılan bu elanlara görə əslində "Reklam haqqında" qanunda qeyd edilib. İnzibati Xəatalar Məcəlləsinin 428-ci maddəsinə əsasən vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manata qədər inzibati cəza ilə cərimələnə bilər.
Yaranan eybəcər vəziyyət paytaxtımızın görünüşünə xələl gətirir. Bununla yanaşı, binalarda yaşayan sakinlərin zövqünü korlayır.