Bakı-Şamaxı-Yevlax yolunun 104-cü kilometrliyində Ağcadərə adlanan ərazidə bədbəxt hadisə baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Şamaxıdan Qobustan istiqamətinə hərəkət edən avtomobilin sürücüsü Nizamağa Salmanovun sükan arxasında qəfildən halı pisləşib.

Şahidlərin sözlərinə görə, o, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb yerə enmək istəyən zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.