Mərifət Məmmədlinin 10 yaşı var, 5-ci sinifdə oxuyur. Təhsil aldığı məktəb yol kənarında yerləşir. Elə buna görə də Mərifət kimi şagirdlərin yol hərəkəti qaydalarını bilib əməl etməyi vacibdir. 

Unikal.org xəbər verir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar məktəblərdə maarifləndirici tədbirlərə start verilib. Şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişləri aşılanılır, nizam-intizam qaydaları üzrə təbliğat və maarifləndirici söhbətlər aparılır. Sumqayıtda bu ilin müvafiq 9 ayı ərzində 11 azyaşlı avtomobillə vurulub və onlardan 10 hadisə ölümlə nəticələnib.