Azərbaycanda xəstə kişini qeyri-ənənəvi yolla müalicə ediblər.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan videoda bir kişinin türkəçarə yolu ilə xəstəliyinə əlac tapmağa cəhd göstərilib.

Qədim dövrlərdə, tibbin və dərmanpreparatlarının inkişaf etmədiyi vaxtlarda istifadə olunan üsulla xəstəliyi olan kişinin onurğaarasındakı fəqərnin diskini müalicə edirlər.

Videodan göründüyü kimi xəstəni bir neçə nəfər çətinliklə saxlayır. Tibbi savadı olmadığı güman edilən bir şəxs isə onu müalicə edir.

Maraqlısı ondadır ki, tibbin yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə hələ də bu cür geriqalmış üsullardan istifadə edənlər az deyil. Bu cür xəstəliklərin çox sadə və yüksək səviyyədə müalicəsi mümkündür.