Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə qorxulu anlar yaşanıb. 

Unikal.org-un azvision-a istinadən xəbər verir ki, tədbirə qonaq qismində qatılan AKP-li xanım deputat Zəhra Taşkesenlioğlu huşunu itirərək yerə yıxılıb.

Partiya üzvləri tərəfindən millət vəkili ayağa qaldırılıb və ona yardım göstərilib.