"Əl-Həşd əş-Şaabi qruplaşmasının ən sərrast atıcılarından olan Əbu Tahsin əs-Salehinin ölüm xəbəri yayılıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, onun cümə günü İraqın Havice mahalında gedən döyüşlərdə vurulduğu bildirilir. "İŞİD ovçusu kimi tanınan Əbu Tahsin 300-dən çox terrorçunu məhv edib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə yayılan videoda Əbu Tahsin 321 İŞİD-çini məhv etdiyini deyib.