Bakıda yanğın baş verib.

Unikal.org xəbər verir ki, hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, "28 Mall" ticarət mərkəzinin yanındakı "Bella -2" adlı gözəllik salonunda yanğın baş verib.

Yanğın geniş yayıldığından böyük hissənin yararsız hala düşdüyü bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İlkin məlumata görə, hadisənin qısaqapanmadan olduğu bildirilir.