Dağlar, meşələr, qayalıqlar və müxtəlif agac növlərinin maketləri...

Unikal.org Xezerxeber.az-a istinadən xəbər bildirir ki, bütün bunlar həvəskar rəssam Zərdab sakini Elşad Qocayevin əl işləridir.

O, ixtisasca mühəndis olsa da bu işlərə marağı yeni təsvirlər yaratmasına səbəb olub. Əsasən penaplast materialından düzəltdiyi bir-birindən fərqli əl işləri maraqlı mənzərəni ortaya çıxarıb.

Elsad Qocayevin əl işlərində ən çox maraq doğuran isə Şuşanın maketidir. Orada həm də bayragımızı sancıb.

Elşad Qocayev hazırladıqları maketləri satışa çıxarır. Ancaq Şuşanın maketi kimi dəyərli olan əl işlərini muzeylərə verir.