ABŞ-ın Las Veqas şəhərində 59 nəfəri öldürən 64 yaşlı Stiven Peddokun "Mandalay Bay otelindəki otağının videosu dərc edilib. S.Peddok 32-ci mərtəbədə yerləşən bu otaqdan "Route 91 Harvest musiqi festivalının qonaqlarına atəş açıb.

Unikal.org-un xəbərinə görə, video ABC telekanalı tərəfindən yayımlanıb.
Kadrlarda qatilin otağının giriş hissəsi, optik nişangah quraşdırılmış avtomat silah və sair əşyalar əks olunub.

Qeyd edək ki, Stiven Peddok 59 nəfəri qətlə yetirib, 527 nəfəri isə yaralayıb, daha sonra isə intihar edib. Onun oteldəki otağından 23 ədəd, mənzilindən isə 19 ədəd silah aşkarlanıb.

Cinayətin motivləri hələ də məlum deyil.