Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları küçə itlərini zərərsizləşdirərkən tikanlı məftillərdən istifadə edib. Məftillər itlərin üz nayihələrindən müxtəlif xəsarət almalarına səbəb olub. Bununla bağlı mətbuatda yayılan videogörüntülərdə heyvanların necə əzab çəkdiyi açıq görünür.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov itləri zərərsizləşdirmək üçün başqa üsullarının olmadığını deyib:

"Əlimizdə olan yeganə imkan tor və troslardır. Küçə heyvanlarını yalnız bu alətlərlə zərərsizləşdiririk. Həmin görüntülərdə isə it trosu dişləməyə çalışıb, bu zaman da dişi qanayıb. Yaralanma və xəsarət yoxdur. Biz də istəməzdik ki, belə hadisələr yaşansın. Lakin itləri yalnız bu iki vasitə ilə zərərsizləşdirə bilirik. Üsulun dəyişdirilməsi üçün rəhbərliyə müraciət etmişik.