İspaniya polisi tərəfindən keçirilən beynəlxalq əməliyyat nəticəsində göyərtəsində 3,8 ton kokain olan gəmi saxlanılıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Məlumata görə, narkotiklər gəmi mətbəxinin altında düzəldilmiş gizli kabinədən aşkarlanıb.
Kolumbiyadan İspaniyaya üzən gəmi Kanar adalarından 870 km aralıda saxlanılıb.