Dünyanın ən qorxunc ölüm səhnəsi Türkiyədə çəkilən filmlərdən birində səhnələşdirilib.

Unikal.org xəbər verir ki, İngiltərənin "İndenpendent" qəzeti Türkiyə istehsalı olan "Karateçi qız" filmindən görüntüləri paylaşaraq "Bütün zamanların ən qorxunc ölüm səhnəsi" deyə videoya şərh verib.

Orhan Aksoyun rejissorluğu, aktyorlar Filiz Akının və Ediz Hunun baş rollarda çıxış etdiyi filmdən paylaşılan videoda Akının Bülentin Kayabaşı öldürdüyü səhnə görüntülənib.

Saytlarda 1974 istehsalı olan filmdəki ölüm səhnəsinin qorxunc bir şəkildə oynandığı qeyd edilir.