Masaj salonları adətən gənclərin diqqətini çəkir. Onlar öz pullarından keçərək bu cür əxlaqsız yuvaların qonağı olurlar.

Unikal.org xəbər verir ki, Space TV-nin əməkdaşları bir neçə masaj salonunda gizli çəkiliş aparıb. Çəkiliş zamanı masaj salonun işçisi xidmət və şərtlər barədə özünü müştəri kimi təqdim edən TV əməkdaşına məlumat verib.

Qeyd edək ki, bu məkanların əksəriyyəti masaj salonu adı ilə pərdələnərək əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bura gələnlərin əksəriyyəti isə müxtəlif cür xəstəliklərə yoluxur.

Sözügedən masaj salonlarında gizli çəkilmiş kadrları sizə təqdim edirik.