Bərdədə bir qəssaba"ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verilib. 

Unikal.org xəbər verir ki, "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən verilən bu fəxri fərmana görə qəssabdan nə az, nə çox düz 10 manatda pul alınıb.
Jurnalist qəssaba ət məhsullarını təmiz satdığına görə fəxri fərman verdi...
Hadisə Bərdə rayonunda baş verib. Sosial şəbəkələrdə "Xalq yazarı" qəzetinin baş redaktorunun qəssaba "Ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" verdiyi fəxri fərman, istifadəçilər arasında müzakirələrə səbəb olub.Fəxri fərmanda qəssab Orxan Bəxtiyarovun "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən imzası ilə təltif edildiyi görünür.