Gündüz saatlarında Bakının Nizami rayonunda hərəkətdə olan yük maşını alışıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, insident rayonun Mikayıl Əliyev küçəsində qeydə alınıb. Hərəkət edən avtomobilin tullantılar olan yük hissəsində yanğın baş verib.

Hadisə yerinə dərhal yaxınlaşan yol polisi əməkdaşlarının müşayiəti ilə tullantılar yerə boşaldılıb.

Yanğının baş vermə səbəbləri məlum deyil.