Rusiyanın paytaxtı Moskva şəhərində əslən erməni olan iş adamı güllələnib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Georgiy Aqapcanov səhər saatlarında avtomobilindən enərkən silahlı hücuma məruz qalıb.

Qatil erməniyə ən azı 5 dəfə atəş açıb. Görüntülərdən bəlli olur ki, güllələr onun üz nahiyəsinə dəyib.

Erməni biznesmen qaçsa da, cinayətkar onun arxasınca gedib. Qətlin sifarişlə həyata keçirildiyi iddia edilir.