Bakıda qadın paltarı geyinərək yürüş keçirən şəxslərin kimliyi müəyyənləşib.

Unikal.org "Qafqazinfoya istinadən əldə etdiyi məlumata görə, təxminən 10 nəfərdən ibarət qrup paytaxtın Nəsimi rayonu ərazisindən başlayaraq "Tarqovıdan keçib Fransa səfirliyinin ətrafına kimi hərəkət ediblər. Orada isə daha çox ingilislərin yığışdığı "puba daxil olub, orada yeyib-içdikdən sonra dağılışıblar.

Məlumata görə, həmin şəxslər İngiltərə və Böyük Britaniya vətəndaşları olub. Onlar xarici şirkətlərin Bakı ofislərində çalışan əməkdaşlardır. Yürüş iştirakçıları öz xalqlarına məxsus milli bayramı qeyd etmək üçün belə aksiya təşkil ediblər.