Bakıda "Ağdam nömrəli "Mercedes markalı avtomobil görənlərin diqqətini çəkir.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, həmin avtomobilin nömrəsi elə "Ağdamdır. Yəni, nömrə yerinə sadəcə, "Ağdam yazılıb. Həmin avtomobil baza günü Xarici İşlər Nazirliyinin qarşısında hərəkət edərkən Avtosfer.az-ın kamerasına tuş gəlib. Avtomobil Gürcüstanda qeydiyyatdadır. Elə nömrəsi də Gürcüstan nömrəsidir. Sürücünün isə ağdamlı olduğu bildirilir.

Qeyd edək ki, dünyanın bir çox yerlərində avtomobillərin nömrə yerinə müxtəlif adların yazılmasına icazə verilir. Bu, olduqca bahalı proses olsa da, bəzi sürücülər xeyli pul xərcləyib nömrə yerinə ya öz adlarını, ya da hansısa bölgə adını yazdıra bilirlər. Yəni, bu proses qanuni olaraq həyata keçirilir. Artıq qonşu Gürcüstanda da bunu edirlər. Azərbaycanda da əksər sürücülər bunu arzulayır. Hər halda, qanunda dəyişiklik edilərsə, imkanlı şəxslər xeyli miqdarda dövlət rüsumu ödəyərək bunu edə bilər.