Ət satılan mağazalarda hazırda kiloqramı ən ucuz qiymətə təklif edilən qoyun ətidir. Müşahidələr göstərir ki, bir sıra hallarda bu işlə məşğul olan satıcılar quzu əti adı ilə qoyun ətini vətəndaşlara sata bilirlər. Bəs aldanmamaq üçün hansı məqamlara diqqət etmək lazımdır?
Unikal.org-un Xəzər TV-yə istinadən məlumatına görə, bəzi hallarda vətəndaşların bu məsələdə məlumatsız olması onların aldanmasına səbəb olur.
Satıcılar bildirir ki, qoyun ətinin quzu ətindən ucuz olmasına əsas səbəb onun çəkisinin artıq olması ilə bağlıdır. Qiymətlərdə elə bu amilə görə fərqlənir.
Əsas fərq odur ki, qoyun əti doğmuş heyvanın ətidir. Adətən doğar qoyun bala verdiyi müddətcə kəsilmir. Yəni satışda olan qoyun ətlərinin əksəriyyəti nəsil artırma xüsusiyyətini itirmiş qocalmış heyvanların ətidir. Heç şübhəsiz ki bu onun ətinin keyfiyyətinə də təsir edir.
İkinci səbəbi isə qoyun ətinin gec bişməsi, habelə kabab və digər quru xörəklərdə istifadə edilməməsidir.