Zibil qutularının yanında avtomobilini saxlayan "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsünün başına iş gəlib.

Unikal.org azxeber.com-a istinadən xəbər verir ki, sürücü avtomobilini etibarlı yerdə saxladığını zənn etsə də, baş verənlər onu şoka salıb. Belə ki, parkinq vəziyyətində olan avtomobili ətrafdakı şəxslərdən biri cızaraq üstünə zibil atıblar.

Bu kadrlar isə avtomobilin sahibini hiddətləndirib. O, həmin anları telefonuna çəkərək redaksiyamıza göndərib.