Dünən Baki-Sumqayıt yolunda "Opel Vectra markalı, 10 TT 504 dövlət nömrə avtomobil hərəkətdə olarkən arxa təkəri zədələnib. Çarəsiz durumda qalan sürücü Telman Fərəcov vəziyyətdən çıxmaq üçün "Ekologiya postuna yaxınlaşıb.

O, burada avtomobilin zədələnən təkərlərini sökərkən BDYPİ YPXA-nın Ekoloji nəzarət bölüyünün - "Ekologiya postunun iki əməkdaşı - baş serjant Mehdi Ağayev və serjant Vasif İsmayılov ona yaxınlaşıb. Bütün bu proseslər Avtosfer.az-ın əməkdaşının gözü qarşısında baş verib. Yol polisi əməkdaşları sürücüdən nə baş verdiyini öyrəndikdə məlum olub ki, avtomobildə ehtiyyat təkər yoxdur. Sürücü yaxınlıqda təkər təmiri yerinin olmadığını öyrəndikdə isə Sumqayıtda dostuna zəng edərək kömək istəyib. Lakin yol polisləri ona daha asan və daha tez köməklik göstərib. Belə ki, DYP əməkdaşları yoldan keçən "Mercedes markalı avtomobili saxlatdıraraq "Opelin sürücüsünə kömək lazım olduğunu bildiriblər. Həmin sürücü də köməyə hazır olduğunu deyib və onu təkər təmiri yerinə çatdırıb.

Unikal.org xəbər verir ki, sürücü Telıman Fərəcov baş verənləri Avtosfer.az-a belə danışıb:

"Mən o yoldan tez-tez istifadə edirəm. "Ekologiya postu ilə heç vaxt problemim olmayıb. Maşının təkəri partladı, mən də düşündüm ki, ən təhlükəsiz yer post olar. Ora yaxınlaşıb maşının təkərini sökəndə yol polisləri yaxınlaşdılar. Bildirdim ki, "zapas təkərim yoxdur. Onlar da, sağ olsunlar, başqa bir maşını saxlatdırıb mənə kömək etdilər. Yol polislərinə də, həmin sürücüyə də təşəkkür edirəm. Mənə heç bir təmənna güdmədən kömək etdilər. Tıxac vaxtı o yolda qalmaq çox çətin işdir. Amma mən qısa zamanda təkəri təmir edib yoluma davam etdim. Buna görə yol polislərinə təşəkkür edirəm.