Müğənni Nigar Camal qatıldığı "Hər şey daxil" verilişdə çətin anlar yaşayıb.

Unikal.org-un məlumatına görə, müğənni canlı efirdə mahnı oxuyarkən sırğası qəfil yerə düşüb.

Çox qısa geyinməsinə baxmayaraq Nigar özünü itirmədən ustalıqla yerdəki sırğasını götürə bilib. Müğənni həmin görüntünü şəxsi Instagram-ında da paylaşıb və bunları yazıb:

"Efirdə mütləq nəsə olmalıdır. Saçımın rəngini axır ki dəyişdirdim. Başımı bağlamağı sevmirəm, amma İstanbulda Altın Kelebekde İnşəallah görəcəksiniz".