Rusiyada polislər şoka düşdülər.
Unikal.org xəbər verir ki, Xabarovsk polisi Rosqvardiyanın (OMON) müşayiəti ilə Jelesnodorojnı rayonunda gizli kazinoya reyd keçirib.
Polislər gecə paltarında qızların əhatə etdiyi qumar mizi arxasında öz həmkarları ilə rastlaşanda şoka düşüb. Oleq Miroşniçenko və Ruslan Reznik Xabarovsk polisinin yüksək rütbəli zabitləridir. Oleq Miroşniçenko İqtisadi təhlükəsizlik və Korrupsiya ilə mübarizə şöbəsinin rəisi, Ruslan Reznik istintaq bölməsinin rəisidir.
Əməliyyatçılar qumarbaz həmkarlarını qolu qandallı vəziyyətdə şöbəyə gətiriblər.