Toyda oynayan kişi ürəktutmasından dünyasını dəyişib.

Unikal.org bildirir ki, hadisə Türkiyənin Hatay şəhərində baş verib. 2 uşaq atası olan 57 yaşlı Aydın Günal qohumlarından birinin toyunda oynayan zaman ürəktutmasından dünyasını dəyişib.
Hadisə yerinə gələn təcili tibbi yardım işçilərinin səylərinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb.

Toyu yasa çevirən hadisə qonaqlardan birinin telefonu ilə anbaan çəkilib.