ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb.

Unikal.org xəbər verir ki, hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına "sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır sözlərini də əlavə edib.

Reyhan yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu yaradıb.

Qeyd edək ki, Reyhan 2002-ci ildə Qubada doğulub və hal-hazırda Bakıda "İstək" liseyində təhsil alır.