Artıq əhali abonentlər bölgələrdəki bütün ASAN-xidmətlərlər vasitəsi ilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək.

Unikal.org xəbər verir ki, "Azərişıq ASC-nin "ASAN xidmət vasitəsi ilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. Səhmdar Cəmiyyətin "ASAN xidmət vasitəsi ilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri və "Doing bisnessin tələblərinə uyğun olaraq xüsusi çəkisi olan "istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması və ya texniki şərtlərin verilməsi adılandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir.

Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba "ASAN xidmət və "ASAN kommunalları vasitəsi ilə həyata keçirilirdisə, indi Gənçə, Sabirabad, Bərdə, Qəbələ və Massallı rayonlarında fəaliyyət göstərən bütün "ASAN xidmət və "ASAN kommunal vasitəsi ilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər.

Eyni zamanda "Doing bisnessin qiymətləndirmə tələblərində başlıca yer tutan sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımalar atılır. Artıq paytaxtdakı "ASAN kommunal mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Quba "ASAN kommunal mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda 150 kVt-a qədər qeyri-əhali abonentlərin obyektlərinə işıq çəkilmə prosesinin digər rayonlardakı "ASAN xidmət mərkəzlərini əhatə edəcəyi gözlənilir. Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq.

Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma preosesinin daha sadə və çevik formada aparılmasının "Azərişıq ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqidir.