"İnterfaks-Azərbaycan informasiya agentliyinə baş direktoru təyin edilib.

Unikal.org xəbər verir ki, bu vəzifəyə sözügedən qurumda uzun illər çalışmış jurnalist Anar Əzizov təyin edilib.

Qeyd edək ki, dekabr ayının 21-də Moskva şəhərində "İnterfaks-Azərbaycan xəbər agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov beyninə qansızma nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, "İnterfaks-Azərbaycan İnformasiya Agentliyi Rusiyanın "İnterfaks Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında o zamankı Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılıb.