"GetContact adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra "Telefon nömrəsi və "Facebook hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur.

Qeydiyyatdan sonra "GetContact istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir.

Unikal.org xəbər verir ki, bu barədə modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər.

"İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə,onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabısilmək (remove account) mümkündür.

Daha sonra mobil nömrənin "GetContact bazasından silinməsi üçün istifadəçi https://www.getcontact.com/en/unlistvebsaytında nömrəni"Unlist bölməsində yazaraq siyahıdan çıxara bilər-deyə bildirilib.