Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm paytaxtı seçilib.

Unikal.org-un xəbərinə görə, bu barədə təşkilatın "Twitter səhifəsində məlumat verilib.

Bu barədə qərar İƏT turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında verilib.

Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi də edəcək.