Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevralda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.
İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək.
Qeyd olunub ki, 6 fevral saat 11:45-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 141, BB vəzifə qrupu üzrə 396 nəfər olmaqla, ümumilikdə 537 nəfər qeydiyyatdan keçib.