"Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub.

Unikal.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.

H. Hüseynova qeyd edib ki, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır: "Bütün məlumatlar Komitədə ümumiləşdirilib, tövsiyələr hazırlanıb və Nazirlər Kabinetinə çatdırılıb. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir.

Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da söyləyib.