Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası oğlunun məzarını ziyarət etməyə gəlib.

Unikal.org xəbər verir ki, II Fəxri Xiyabanda keçirilən anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də paytaxt sakinləri iştirak edib.

Onlar qəhrəmanın ruhuna dualar oxuyub, məzarı önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, bu gün Azərbaycanın əfsanəvi qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.(azvision)