Cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.

Mədəniyyət və Turizm Nazirliyindən unikal.org-a verilən məlumata görə, Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil etmişdir.