Azərbaycanda "GetContact proqramına girişə qadağa qoyulub.

Unikal.org xəbər verir ki, bu proqram vasitəsilə istənilən nömrəni axtarışa verib onun kimə məxsus olduğunu öyrənmək mümkün olurdu. Belə ki, proqram telefona yüklənən zaman istifadəçidən şəxsi məlumatlarına, həmçinin yaddaşda saxlanılan telefon nömrələrinə girişə icazə verilirdi. Bu üsulla proqramı yükləyən hər kəsin telefonundakı nömrələr vahid bazada toplanırdı. Sonra isə hər hansı bir nömrəni proqramın axtarış hissəsinə yazıb sorğu verdikdə həmin "appi yükləyən şəxslərin bu nömrəni hansı adla qeydiyyatdan keçirdiyi üzə çıxırdı.

Bu proqramdan istifadə edənlərin sayı artıqca məsələ gündəmə gəldi və bir çox şəxslərin şəxsi məlumatların yayılmasından narahatlıqlarını bildirdilər. Artıq həmin proqrama giriş bloklanıb.