Binəqədi nasos stansiyasından +41 "Qərb anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin "Azadlıq prospekti metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək. 

Bu barədə Unikal.org-a "Azərsunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, sabah gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqlaəlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyib.