Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 5 fevral 2018-ci il tarixli qərarına əsasən Şuraya üzv təşkilatlara müraciət ünvanlayıb.

Unikal.org-un məlumatına görə, müraciətdə bildirilir ki, Şura üzvü olan hər bir təşkilat qurumda təmsilçilik üçün müəyyənləşdirilmiş illik üzvlük haqqını tam həcmdə ödəməlidir. Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinlən irəli gələn bu tələbi yerinə yetirməyən üzvlərin qurultayda iştirak və səsvermə haqqı tanınmayacaq.

Qeyd edək ki, Mətbuat Şurasına üzvlük gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148,50 manat, həftəlik qəzetlər, jurnallar və informasiya saytları üçün 99 manatdır.