Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərdə gərginlik artandan sonra artıb.
Unikal.org trend-ə istinadən məlumata görə, Amerikanın nüfuzlu müstəqil qeyri-hökumət təşkilatı "Arthur J. Finkelstein & Associates" (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96 faizdən artıq respondent bildirib ki, "Azərbaycan Prezidentinə etibar" artıb və onun fəaliyyətini respondentlər "əla", yaxud "yaxşı" qiymətləndiriblər.