Erməni jurnalist Qarabağda şok faktlar üzə çıxarıb.
Unikal.org axar.az-a istinadən bildirir ki, Ermənistanın "Yerkir media" nəşrinin muxbiri Samvel Tatevosyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb.
Reportajda Dağlıq Qarabağın rayonlarında, xüsusən cəbhə boyu kəndlərdə dislokasiya olunmuş hərbi hissələrin ərazisində olarkən oradakı mövcud vəziyyəti öyrənən müxbir bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb.
Belə ki, apreldə baş verən döyüş əməliyyatlarından sonra Qarabağa səfər edərkən buranın çox dəyişdiyini bildirən S.Tatevosyan hazırda bu bölgədə yerləşən bir çox kəndin, demək olar ki, boş olduğunu, kəndlərdə yalnız hərbçilərin yaşadığını, Mardakert (Ağdərə), Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Hadrud və Berdzor (Laçın) şəhərlərində gündəlik həyatın iflic olduğunu, insanların məyus halda gəzdiyini, həyatın rəngsiz hal aldığını bildirib.
Cəbhə boyu hərbi hissələri gəzərək, əsgərlərlə söhbət edən jurnalist əsgərlərin hər bir çətinliyə dözdüyünü vurğulayıb, lakin bununla barabər, həddindən artıq problemlərinin olduğunu, komandirlərin maraqlanmadığını, əsgərlərin döyüş ləvazimatlarının çatışmadığını, qış paltarı və ayaqqabılarının yararsız olduğu onun diqqətini cəlb edib.
Bundan başqa, döyüş postlarında olarkən burada şəraitin zəif təşkil oluduğunu, ərzaq və suyun çatışmadığını, əsgərlərin çox vaxt ac olduğunu, qidaların keyfiyyətsiz olması səbəbindən xəstəliklərin artdığını bildirən müxbir indiyə qədər ordu haqqında eşitdiklərinin əksinə, burada gördükləri mənzərədən şoka düşdüyünü qeyd edib.
S.Tatevosyan reportajının sonunda Ermənistan hakimiyyətinin təsiri altında olan mətbuatın Dağlıq Qarabağda və ordudakı real vəziyyəti ictimaiyyətdən gizlətməyinin və bu kimi hallara ictimai nəzarətin olmamasının erməni xalqı üçün ağır nəticələrə gətirib çıxaracağından narahatlığını da ifadə edib.