Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsində inkişafının təmin edilməsi, onun maddi texniki bazasının möhkəmləndirilməsi, zəruri sosial tədbirlərin maliyyələşdirilməsi və silahlı qüvvələrimizin müasir silah arsenalı ilə təmin olunması hazırki şəraitdə mühüm əhəmiyyət kəsb edən məsələdir.
Unikal.org xəbər verir ki, bu gün AHİK-in İcraiyyə Komitəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişafı və maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 50 000 (əlli min) manat maliyyə yardımı göstərilməsi haqqında qərar qəbul edib.