"Arzulayardım ki, Əhməd Davudoğlunun istefası Türkiyə -Azərbaycan münasibətlərinə mənfi təsir göstərməsin"
Bu fikirləri Unikal.org-a Ana Vətən Partiyasnın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa çıxışına müsaibər bildirərkən deyib.
O qeyd edib ki, Davudoğlu Azərbaycanı sevən dövlət xadimidir: "İstefa məsələsi reaallaşarsa mən bundan çox böyük təəəssüf hissi keçirərəm. Əhməd Davudoğluna böyük hörmətim var. O çox praqmatik siyasətçidir, Azərbaycanı sevən dövlət xadimidir. Mən arzulayardım ki, onun getməsi Türkiyə - Azərbaycan münasibətlərinə hər hansı bir şəkildə mənfi təsir göstərməsin. Ümidvaram ki, belə də olacaq. İndiki zaman kəsiyində Türkiyə siyasətini müəyyənləşdirən Rəcəb Tayyib Ərdoğandır və prezident İlham Əliyevin münasibətləri çox yüksək səviyyədədir. Bu səbəbdən inanıram ki, Davudoğlunun istefası bizim münasibətlərimizə təsir etməyəcək"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Unikal.org-a bildirib ki, Türkiyədə prezidentin,baş nazirin və digər məmurun dəyişməsi Azərbaycanla münasibətlərə xələl gətirə bilməz:
"Siyasi fiqurların bu münasibətlərin pozulmasında heç bir rolu yoxdur. Biz Türkiyə ilə strateji müttəfiqik. Bu müttəfiqlik uzun bir dövrü əhatə edir. Baş nazirin və ya prezidentin dəyişməsi bu müttəfiqliyə xələl gətirə bilməz. Bu müttəfiqlik hər iki dövlətin mövcudluğu üçün hava su kimi lazımdır".
Həsən Babayev