Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ötən gün gözlənilmədən istefa verdiyi barədə qərarını açıqlaması dünya ölkələri liderləri tərəfindən birmənalı qarşılanmayıb.
Bəzi ölkə liderləri bəyan edib ki, Davudoğlunun istefasından sonra Türkiyədə yeni dönəm başlayacaq. Vaşinqton bəyan edib ki, Davudoğlunun istefa verməsi ABŞ-Türkiyə əməkdaşlığına təsir etməyəcək.
Rusiya da belə düşünür. Lakin Vaşinqtondan fərqli olaraq Moskva hesab edir ki, Türkiyə - Rusiya münasibətləri müsbət istiqamətdə inkişaf etməyəcək, gərgin olaraq qalacaq.
Unikal.org-un məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov "Rossiya 24" telekanalına müsahibsində deyib.
"Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın qərarları və meyilləri baş roldadır. Bu səbəbdən Davudoğlunun istefasından sonra hökumətdə baş verəcək dəyişiklik Rusiya – Türkiyə münasibətlərinə təsir etməyəcək", - Puşkov deyib.
Rusiya tərəfinin açıqlamasından belə nəticəyə gəlmək olur ki, Ankara – Moskva arasında burzların əriməsi üçün Davudoğlu deyil, prezident Ərdoğan istefa verməlidir.