Moskva şəhərinin mərkəzinə yüzdən çox tank, raket sistemi və hərbi maşınlar cəmləşdirilib.
 

Unikal.org xəbər verir ki, Lent.az-ın Moskvada ezamiyyətdə olan əməkdaşının məlumatına görə, bütün bunlar 9 may Qələbə gününün ildönümü ilə bağlıdır.  Paradla əlaqədar Moskvanın mərkəzində 5 metro stansiyası bağlanıb, şəhərin mərkəzi boşladılır , 20-ə yaxın küçədə gediş-gəliş qapalıdır.
 
Məlumata görə, mayın 9-da Qələbə gününün 71-ci ildönümü ilə bağlı səmaya 71 təyyarə qaldırılması planlaşdırılır.