Türkiyənin İstanbul şəhərində Amerikalı 22 yaşlı tələbəyə təcavüz olunub.
Unikal.org xəbər verir ki, 22 yaşındakı Amerikalı tələbə I.D ona cinsi təcavüz edildiyinə görə, bu barədə polisə şikayyət edib. Polis dərhal hadisə ilə bağlı araşdırma aparıb. Təcavüz dəhşətinin və şübhəlinin qısa müddətdə tutulmasının detalları ortaya çıxdı. Polis cinayyətin baş verdiyi 11 kilometrlik ərazidə 230 iş yerindən alınan təhlükəsizlik kamerasında görünən görüntülərlə üstünü aça bilib. Görünüşlərə görəqız səhərə yaxın 04.00 radələrində tələbə yoldaşıyla evdən çıxıb, bankomatdan pul götürməyə gedir.
Pulu götürdükdən sonra, tələbə yoldaşından ayrılan qız təcavüzlə qarşılaşır.
Gözyaşları içində yaşananları izah edən gənc qız bunları söylədi: "Yoldaşımdan ayrıldım. Mecidiyeköyə gedirdim. O adam məni israrla hədələni və qorxudan onun avtomobilində mindim. Qaranlıq bir yerə gəldik. Arxada otururmuşdum. Avtomobilini saxlayıb, mənə təcavüz etdi. Cib telefonumu aldı. Saçımdan tutub döyməyə başladı".
Cinayəti törətməkdə şübhəli bilənən 17 yaşındakı C.K. polis tərəfindən saxlanılıb. O ilkin ifadəsində bunları deyib:"Mən onun istəyi ilə birlikdə oldum. O özü cib telfonunu mənim avtomobilimdə qoydu. Qızı tapa bilmədiyimə görə, telfonunu satdım".