Xəbər verdiyimiz kimi, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif "İrs" partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqres"dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.
Lakin sonradan parlament qondarma DQR-in tanınması xəbərini təkzib etdi. Məsələ ilə bağlı orijinal çıxışları və bəyanatları ilə yadda qalan siyasətçi, "Müasir Müsavat Partiyası"nın sədri Hafiz Hacıyevin fikirlərini aldıq.
Ermənilərin qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasını bir daha gündəmə gətirməkdə məqsədləri nə idi?
Bilirsiniz necədir, ermənilər bununla vaxt uzatmaq istəyirlər. Mən bir neçə gün öncə bunu bildirdim. Ermənilər qorxaq millətdir və sadəcə olaraq bizim humanistliyimizdən, Azərbaycanın demokratik dövlət olmasından istifadə edirlər. Onlar hər cür vasitəilə bizə təzyiq göstərmək istəyirlərki, vaxt qazana bilsinlər. Çünki onlar bizim torpaqlarımızı işğal ediblər və onlar üçün fərqi yoxdur. Ermənilər öz əsas arzularına çatıblar.Vaxt udmaq isə onlar üçün ən böyük şansdır. Mən düşünürəm ki, biz bununla kifayətlənməməliyik.
Yadınıza gəlirsə, bu günlərdə ermənilərin keçmiş baş naziri bizi atom bombası ilə hədələdi. Mən isə ona cavab olaraq bildirdim ki, Ermənistanda bizim çoxlu sayda uşaqlarımız var. Bizdən olan uşaqları var onların, orada qoyub gəlmişik. O uşaqların anaları ermənidir. Biz onlara göstəriş verərik ki, Ermənistandakı Metsamor Atom Elektrik stansiyasını partlatsınlar. Oraları yerlə yeksan edək, bir dənə də olsun erməni sağ qalmasın.
"Bizim uşaqlarımız" dedikdə konkret olaraq kimləri nəzərdə tutursunuz?
Vaxtilə biz erməni qızları ilə gəzmişik, bizim onlardan da övladlarımız var. Bu gün onlar Ermənistanda yaşayırlar və istənilən anda bizim əmrlərimizə tabedirlər. Biz hələlik onları sadəcə izləyirik. Bizim onların içində yetişdirdiyimiz, belə deyək, xüsusi dəstələrimiz var.
Onlar məqsədyönlü şəkildə hazırlanıb və əmr gözləyirlər?
Bəli, istənilən anda İrəvanda terror aktları törədə bilərik. Metroda və yaxud başqa kütləvi yerlərdə də partlayışlar hazırlaya bilərik. Çünki onlar bizim "canlı" bombalarımızdır.
Hal-hazırda sizin nəzarətinizdə olan bu cür şəxslər varmı?
Əlbəttə, onlar var və hazır dayanıblar. Onları görürük də, pul da veririk ki, lazımi anda metroda partlayışlar törətsinlər. Bu günlərdə də görüşmüşəm Moskvada və onlar bildirib ki, lazımdırsa, hətta bu dəqiqə Atom Elektrik Stansiyasını partlada bilərlər. Övladlarımız deyir ki, "Düzdür, biz özümüz də öləcəyik, ancaq buna da razıyıq, çünki bizim dədələrimiz sizsiniz".
ANS telekanalının "Nəzər Nöqtəsi" verilişində çıxışınızda qeyd etdiniz ki, onsuz da Azərbaycanda ermənilərə işləyən çoxlu sayda adamlar, onların havadarları var və biz onları öldürmürük. Bu havadarlar kimlərdir?
Onu deyim ki, bu gün Azərbaycanda çoxlu sayda ermənilərlə qohumluq əlaqəsi olan, hakimiyyətdə işləyən məmurlar var. Onlar da bunu danmırlar. Məsələn bunların arvadları ermənidirsə, deməli, uşaqların dayıları avtomatik olaraq ermənidir.
Demək, o şəxslər ermənilərə işləyə bilərlər?
İşləyirlər də. Biz heç o qədər də arxayın olmayaq. Bizim ağzımızdan çıxan bir kəlmə sözü onlar həmin an öz doğma dayılarına çatdırırlar. Uşaqlar isə daha çox dayılarına oxşayırlar. Bu baxımdan biz ehtiyatlı olmalıyıq. Bu məsələlərdə də ayıq olmalıyıq. Amma biz ermənilərin burnunu əzmişik, əzəcəyik də. Humanistlik kifayətdir. Məncə, artıq müdafiə mövqeyindən hücuma keçməliyik. Həm ideoloji, həm də hərbi hücuma başlamalıyıq. O zaman erməni dığaları hər şeyi başa düşəcək. Ancaq nə etmək olar ki, burada ermənilərin adamları çoxdur. O vaxtlar indiki erməni liderlərinə partiya məktəbində yüksək qiymət yazdıranlar Azərbaycan xalqı və mənim qardaşım Prezident İlham Əliyevi təzyiq altında saxlamağa çalışırlar.
Proqnozlara görə, Ermənistanın separatçı qurumu tanımasından sonra genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Nə düşünürsünüz?
Onları 5-6 dığa tanısa, guya, nə olacaq ki?Bu sadəcə diplomatik təzyiqin formasıdır. Ermənilər çalışır ki, beynəlxalq aləmdə çaxnaşma yaratsınlar. Əgər bu baş tutsa, deməli, Ermənistan ATƏT-in Minsk qrupuna da tüpürür, beynəlxalq təşkilatların qərarlarına da məhəl qoymur. Bizim əlimizə daha geniş imkanlar düşəcək. Dağlıq Qarabağ da bizimdir, Xankəndi də bizimdir. Mən prezident olduğum təqdirdə Xankəndini Azərbaycanın paytaxtı edəcəm. Mən bu məsələni qardaşım İlham Əliyevlə də müzakirə etmişəm. Yəni, bəlkə də biz Xankəndinə köçdük.
Düşünürəm ki, qardaşım (İlham Əliyevi nəzərdə tutur - Red.) mənimlə bu fikirdə həmrəydir, çünki Bakıda sıxlıqdır. Paytaxtı Xankəndinə köçürərik, ermənilər də gəlsin demokratik dövlətimizdə yaşasınlar.