Türkiyənin məşhur jurnalisti, "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar məhkəmənin qərarı ilə 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, qəzetin Ankara şəhəri üzrə müxbiri Ərdəm Gül isə 5 il müddətinə həbs edilib.
 
Məlumata görə, hər iki jurnalist dövlət sirrini yaymaqda təqsirli bilinsə də, dövlət çevrilişinə cəhddə günahsızlıqları sübut olunub.
 
Qeyd edək ki, bu gün Can Dündara qarşı sui-qəsd cəhdi olmuşdu.