Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində ağır xəsarət alan müəllim Əntiqə Qoşqarlı Minqəçevir Şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Mingəçevir Mərkəzi Xəstəxanasından unikal.org-a verilən məlumata görə, ağır kəllə-beyin travması alan, beyindaxili qanaxma diaqnozu qoyulan müəllim Bakıya gətirilib. Komada olan Əntiqə Qoşqarlı Mingəçevirə ezam olunmuş neyro-cərrahın müşayiəti ilə Bakıya gətirilərək, Respublika Neyrocərrahiyə Xəstəxanasına yerləşdirilib. 

Famil Fərhadoğlu