Bu gün sosial şəbəkələrdə Bakıda çörək daşıyan maşının fotosu geniş narazılığa səbəb olub. 

Bu barədə şəkilləri fotoqraf Rüstəm Fərman paylaşıb. 

Fotolardan da göründüyü kimi çörəklərin daşınması gigyenik qaydalara riayət olunmur. 

Sözügedən məsələ ilə bağı "Nur" çörək zavodu ilə əlaqə saxladıq.

Nur çörək zavodunun rəhbəri Söhrab Cabbarovun Unikal.org-a verdiyi məlumata görə, həmin çörəklər satış üçün nəzərdə tutulmayıb:

"Həmin çörəklər dükanlardan satılmayan, geri qaytarılan çörəklərdir. Bunları bizdən heyvandarlara yem məqsədi ilə alıb, aparırlar. Bu bizim şirkətə qarşı qarayaxma kampaniyasıdır. Biz, o şəkili sosial şəbəkələrdə paylaşan fotoqrafı məhkəməyə verəcəyik. Çünki o bizim işgüzar nüfuzumuza xələl gətirir