Türkiyənin Baş naziri Binəli Yıldırım Qarabağ qazisi Kamil Musavi ilə görüşüb.

Unikal.org xəbər verir ki, nazir Kamil Musəviyə öz təsbehini hədiyyə edib.

Nazir qazimiz ilə səmimi söhbət edib. Söhbət əsnasnda onun harada və necə yaralanması haqda məlumat alıb. Həmçinin B.Yıldırım K.Musavi ilə görüşdüyünə məmnun olduğu və qürur duyduğunu deyib.

Qazi Kamil Musavi vətənpərvərliyi və vətənə sevgisi ilə Binəli Yıldırımı kövrəldib. Gənc baş leytenant daha sonra fikirlərini bu ifadələri işlədib:

"Ayaqsız gözsüz yaşaya bilərik. Amma vətənsiz mümkün deyil.

Nazir də öz növbəsində "Bu sevgi olduğu müddətçə heç kim bizə zərər verə bilməz Kamil Yüzbaşım. Qarabağ da bir gün təmizlənər, narahat olma deyə bildirib.

Daha sonra baş nazir K.Musavinin Afrində döyüşən əsgərlərə səslənməsi, onlara dəstək verməsinə də toxunub. B.Yıldırım qazimizin bu çıxışını izlədiyi zaman çox duyğulandığını və qürur hiss keçirdiyini deyib.

Musavi isə Afrində döyüşmək üçün hazır olduğunu bir daha dilə gətirib.

Baş nazir Yıldırım görüşdən sonra qazi Kamil Musaviyə Türk və Azərbaycan bayraqlarından ibarət plakat və təsbehini hədiyyə edib.