Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində ağır xəsarət alan müəllim Əntiqə Qoşqarlı Respublika Neyro-cərrahiyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Respublika Neyro-cərrahiyə Xəstəxanasından unikal.org-a verilən məlumata görə, beyindaxili qanaxma diaqnozu qoyulan Əntiqə Qoşqarlı əməliyyat olunub, vəziyyəti ağırdır. Ağır kəllə-beyin travması alan müəllimin həyatı təhlükəsi davam edir. Hələ də komadadır. 

Famil Fərhadoğlu